Necə işləyir?
Sizin Şəxsi Rəqəmsal Notariusunuz.
Təsəvvür edin ki, bir notarius otağına girirsiniz, sənədinizi imzalayıb götürürsünüz və çıxırsınız. Arxada heç bir qovluq, heç bir şəxsi məlumat, heç bir iz qalmır.
Grivo məhz belə işləyir. Biz arxiv deyilik. Biz sadəcə sizin hüquqi sənəd yaratmağınız üçün təhlükəsiz alətik. Proses cəmi 3 addımdan ibarətdir:
Sənədi tərtib edin
Formaya işin şərtlərini və tərəflərin məlumatlarını daxil edin. Bu məlumatlar heç bir bazaya yazılmır. Onlar sadəcə həmin an sizin brauzerinizdə sənədi formalaşdırmaq üçün istifadə olunur. Bura tamamilə "yaddaşsız" mühitdir.
SİMA İmza ilə möhürləyin
Ekranda çıxan QR kodu SİMA tətbiqi ilə oxudun. Atacağınız bu rəqəmsal imza, Azərbaycan qanunvericiliyinə əsasən Notariusda atılan "qələm imzası" ilə eyni hüquqi gücə malikdir. Sənədiniz dövlət səviyyəsində tanınır.
Yükləyin və Biz silək
İmzalanan kimi rəsmi PDF faylı hazır olur. Siz onu yükləyirsiniz, bizim sistem isə təhlükəsizlik üçün onu 10 dəqiqə sonra bərpa olunmaz şəkildə silir. ("Rəqəmsal Kağız Doğrayan" prinsipi).